Son üç gün ərzində Türkiyənin Ədirnə şəhərindən Yunanıstana keçməyə cəhd edən beş terrorçu saxlanılıb.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Ədirnə Valiliyi məlumat yayıb.
Saxlanılan şəxslərdən dördünün FETÖ, birinin isə PKK üzvü olduğu müəyyən edilib. Terrorçular təhlükəsizlik qüvvələrinə təhvil verilib.
Bizim.Media