Rusiya prezidenti Vladimir Putin son altı ildə təxminən 750 min dollar qazanıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya Mərkəzi Seçki Komissiyası yayıb.
Bəyannaməyə görə, Putinin bir neçə maliyyə qaynağı var: maaş, qiymətli kağızlardan və bank depozitlərindən, habelə əmlak satışından əldə olunan gəlir və hərbi pensiya.
Putinin adına qeydiyyatda olan əmlakların siyahısına Sankt-Peterburqda sahəsi 77 kvadratmetr olan mənzil və 18 kvadratmetrlik qaraj, həmçinin 2009-cu ildə istehsal olunmuş “Niva”, 1960-cı il istehsalı olan “QAZ M21”, 1965-ci il istehsalı olan “QAZ M21”, və 1987-ci ildən Skif treyleri daxildir.

Bizim.Media