Rusiyanın təhsil naziri Sergey Kravtsov Moskvada qəzaya düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı rus mətbuatı yayıb.
Mənbə yazır ki, yük maşınının iştirakı ilə baş verən qəza zamanı nazir "Aurus Senat" markalı avtomobildə olub.
49 yaşlı nazir "BMW 7-Series" markalı avtomobillə ərazidən uzaqlaşdırılıb. Onun səhhəti barədə məlumat açıqlanmır.

Bizim.Media