ABŞ-ın İordaniyadakı hərbi bazasına pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.
Bizim.Media xəbər verir ki, bu barədə WSJ rəsmilərə istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ ordusu düşmən PUA-sını özününkü ilə səhv saldığından, hücumun qarşısını ala bilməyib. Belə ki, hücum ABŞ PUA-sı bazaya qaytarılarkən baş verib.
Hücum nəticəsində üç ABŞ hərbçisi həlak olub. Xəsarət alanların sayı isə 40 nəfəri keçib.
ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder qeyd edib ki, Pentaqon hücumun İran tərəfindən təşkil edildiyini düşünsə də, buna dair sübutlar hələ ki, tapılmayıb.
Bizim.Media