Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general Valeri Zalujnının tutduğu vəzifədən azad edildiyinə dair məlumatlar yayılıb.
Bizim.Media xəbər verir ki, bu barədə keçmiş xalq deputatı Bereza və Radanın hazırkı deputatları Dmitruk və Qonçarenko məlumat veriblər.
Jurnalist Roman Tsymbalyuk iddia edir ki, guya Zalujnının yerinə Baş Kəşfiyyat İdarəsinin rəisi Budanov təyin olunub. Qonçarenkonun sözlərinə görə, guya Zalujnıya ölkələrdən birində səfir vəzifəsi təklif olunub, lakin o, bundan imtina edib.
Hələlik məlumat rəsmi səviyyədə təsdiq olunmayıb.
Bizim.Media