ABŞ kəşfiyyatı Rusiya üzrə analitiklərinə “Telegram”a daxil olmağı qadağan edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
ABŞ-nın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) Rusiya üzrə analitiklərinə iş kompüterlərindən “Telegram” messencerinə daxil olmağı qadağan edib.
Nəşrin mənbələri bildirir ki, Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşlarına iş yerinə şəxsi cihazları gətirməsi də qadağan olunub. Əgər onlar messencerə daxil olmaq istəyirlərsə, CIA binasını tərk etməlidirlər.
Bizim.Media