Böyük Britaniyanın Bristol şəhərində 15 və 16 yaşlı iki yeniyetmə silahlı hücumun qurbanı olub.
Bizim.Media BBC telekanalına istinadən xəbər verir ki, bu barədə informasiyanı Böyük Britaniyanın yerli polisi yayıb.
Hadisəni törədən şəxslər avtomobillə hadisə yerindən qaçıblar. Gələn polis zərərçəkənlərə ilkin tibbi yardım göstərsə də, onlar aldığı xəsarətlərdən xəstəxanada keçiniblər.
Verilən məlumata görə, polis daha sonra iki şübhəli şəxsi saxlayıb. Onların 44 yaşlı kişi və 15 yaşlı yeniyetmə olduğu üzə çıxıb.


Bizim.Media