Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında İstanbulun Sarıyer məhəlləsindəki İtalyan “Santa Maria” Latın Katolik Kilsəsinə bazar günü ayini zamanı iki nəfər hücum edib. Nəticədə bir vətəndaş həyatını itirib.
Bizim.Media xəbər verir ki, hücumla bağlı Roma Papası Fransisk açıqlama verib.
Vatikanda Müqəddəs Pyotr meydanında təşkil edilən günorta saatlarında çıxış edən Papa Fransisk hücum qurbanları ilə həmrəy olduğunu vurğulayıb.
O, "Bazar günü ayini zamanı bir nəfərin öldüyü, çoxlu sayda insanın yaralandığı hücumun baş verdiyi İstanbuldakı Santa Mariya kilsəsinin camaatına çox yaxınam" deyib.
Bizim.Media