ABŞ-nin Texas ştatının El-Paso şəhərinin mərkəzindəki müəssisələr bomba təhlükəsi səbəbindən boşaldılıb.
Bizim.Media xəbər verir ki, bu barədə yerli KFOX14 telekanalı məlumat yayıb.
Bildirilir ki, polis qərargahının yaxınlığındakı ərazidə olan müəssisə işçiləri təxliyə edilib.
Qeyd edək ki, miqrant problemi ABŞ administrasiyası ilə Texas hakimiyyəti arasında qalmaqala səbəb olub.
Bizim.Media