Türkiyədə sərnişin qatarı betonqarışdıran maşını ilə toqquşub.
Bizim.Media xəbər verir ki, hadisə Tekirdağ vilayətində qeydə alınıb. sərnişin qatarı İstanbul-Sofiya istiqamətində hərəkət edib.
Toqquşma nəticəsində avtomobilin sürücüsü yaralanıb. Hadisə yerinə təcili tibbi yardım, jandarma, xilasetmə və axtarış-xilasetmə qrupları cəlb edilib.
Yaralı sürücü hadisə yerinə gələn təcili tibbi yardım qruplarının ilkin müdaxiləsinin sonra xəstəxanaya çatdırılıb.
Bizim.Media