Fransanın Azərbaycanla bağlı gedişi “avtoqol”dur - İtaliya qəzeti

İtaliyanın aparıcı kütləvi informasiya vasitələrindən olan “Formiche” qəzeti Fransanın Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqeyi barədə məqalə dərc edib.

Bizim.Media xəbər verir ki, yazıda Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qərarlarla ölkəmizə təzyiq göstərməyə çalışdığı, lakin bunun təsirinin olmadığı və Azərbaycanın həmin qüvvələrlə mübarizə apardığı bildirilir.

Qeyd olunur ki, Beynəlxalq Ədalət Məhkəməsi 2023-cü il 17 noyabr tarixli qərarı ilə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiq edib. Fransa Beynəlxalq Ədalət Məhkəməsinin təsdiq etdiyi hökmə məhəl qoymur və bu isə əslində, gərginliyin sona çatmasına tərəfdar olmayan təhlükəli addım – “avtoqol”dur.

Məqalədə vurğulanır ki, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının bu qətnaməsi ilə əlaqədar Bəyanat qəbul edib. Komitə öz Bəyanatında “Total Energies” də daxil olmaqla, bütün Fransa şirkətlərinin Azərbaycandan çıxarılmasına çağırıb. Azərbaycan Nazirlər Kabineti Milli Məclisin komitəsinin müraciətinə baxarsa, bu, Fransanın Cənubi Qafqazdakı iqtisadi maraqlarına ciddi zərbə vuracaq.

Bundan başqa, yazıda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinə etiraz etmək təşəbbüsünün ölkəmizdə hazırda gedən seçki prosesinə əsassız müdaxiləyə yönəlmiş məqsədyönlü və qəbuledilməz cəhd, Azərbaycanda demokratik təsisatların fəaliyyətinə xələl gətirən məkrli addımların bariz nümunəsi olduğu qeyd edilir. AŞPA-nın bu addımının Avropa Şurasının etibarlılığına və qərəzsizliyinə ciddi zərbə olacağı, bunun ciddi və geridönməz nəticələrinə görə məsuliyyətin tamamilə onun təşəbbüskarlarının üzərinə düşəcəyi bildirilir. AŞPA-da mövcud dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəldiyi qeyd olunur.

Məqalədə, həmçinin Qərbi Azərbaycan İcmasının Avropa İttifaqının 2024-cü ildə BMT-də prioritetləri ilə bağlı qəbul etdiyi sənəddə “Qarabağ ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi” ifadəsinin yer almasına münasibət bildirdiyi vurğulanır. İcmanın açıqlamasında Qarabağ ermənilərinin qayıdışı məsələsinin qabardılmasını, Qərbi azərbaycanlıların isə öz dədə-baba yurdlarına qayıdış hüququna toxunulmamasını bir daha Avropa İttifaqının ikili standartların əsiri olmasının, məsələlərə etnik və dini simpatiya prizmasından yanaşmasının daha bir nümunəsi olduğunu qeyd etdiyi bildirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu yayın ən çox transfer edən klubları bilindi

Bu yayın ən çox transfer edən klubları bilindi

"Android"in Azərbaycan bazarındakı payı kəskin AZALDI

"Android"in Azərbaycan bazarındakı payı kəskin AZALDI

Azərbaycanda ateistlərin sayı: Bu rəqəm çoxlarını təəccübləndirəcək

Azərbaycanda ateistlərin sayı: Bu rəqəm çoxlarını təəccübləndirəcək

Tramp Putinlə görüşün yeganə şərtini AÇIQLADI

Tramp Putinlə görüşün yeganə şərtini AÇIQLADI

Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?

Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?

Sentyabrın 3-də bu küçə və kəndlərdə işıq olmayacaq

Sentyabrın 3-də bu küçə və kəndlərdə işıq olmayacaq

Bu kəndə köçənlərə ev və iş verilir – İnanılmaz təklif

Bu kəndə köçənlərə ev və iş verilir – İnanılmaz təklif

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Fanatından Nurana evlilik təklifi - VİDEO

Fanatından Nurana evlilik təklifi - VİDEO

AB-dən erməni konyakına qadağa - Səbəb?

AB-dən erməni konyakına qadağa - Səbəb?

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

4 BÜRC sentyabrda diqqətli olmalıdır

4 BÜRC sentyabrda diqqətli olmalıdır

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

End of content

No more pages to load

RADİO