Türkiyəyə məxsus şirkət kosmik tullantıların emalı üçün layihə hazırlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, Kosmik Tullantıların Təkrar Emalı Layihəsi elektromaqnit şəbəkələrindən istifadə edərək kosmosda zibil toplamaq və kosmik stansiyaya daşımaq, məhv etmək və ya bərpa etmək məqsədi daşıyır.
Bu yolla aşağı Yer orbitində peyklərlə kosmik gəmilər arasında toqquşma riskini minimuma endirmək planlaşdırılır.
Bizim.Media