Avstraliya, Kanada və İtaliya hökumətləri İsraillə Qəzza zolağında baş verən qarşıdurma fonunda Fələstinə kömək etməyəcək.
Bizim.Media xəbər verir ki, Avstraliya, Kanada və İtaliyanın hakimiyyət orqanları BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) maliyyənin dayandırıldığını elan ediblər.
Qərar Fələstinin radikal HƏMAS qruplaşmasının oktyabrın 7-də İsrailə hücumunda bəzi üzvlərinin əli ola biləcəyi ilə bağlı xəbərlər fonunda verilib.
Bizim.Media