ABŞ öz qazdığı quyuya DÜŞÜR... – Texasda başlayan üsyan dalğasının PƏRDƏARXASI

Xəbər verdiyimiz kimi, ABŞ-ın Texas ştatında Ağ Evə qarşı üsyan başlayıb. Texas adminstrasiyasının başladığı üsyana ABŞ-ın daha 25 ştatı qoşulub. Üsyana ilkin səbəb Ali Məhkəmənin ştatın qubernatoru Qreq Abbottun Meksika ilə sərhəddə inşa etməyə başladığı tikanlı məftilli divarı sökməyə icazə verən qərarı olub.

Lakin Texas hakimiyyəti Ali Məhkəmənin qərarı ilə razılaşmayıb və Meksika ilə sərhədə Texas Milli Qvardiyasının əlavə qoşunları yerləşdirilib. Qubernator Abbottun Vaşinqtonun tələblərini boykot etmək qərarı fonunda Florida və Oklahoma ştatlarının səlahiyyətliləri Meksika ilə sərhədi qorumaq üçün Texasa öz ordularını göndərməyə hazır olduqlarını bildiriblər.
 

MÖVZU İLƏ BAĞLI:

25 ştat Texasla birləşərək dövlətə qarşı üsyan ELAN ETDİ - VİDEO


Bəs, Texasda baş verən üsyanın əsl səbəbi nədir?

Beynəlxalq ekspertlərin ümumi fikri bu yöndədir ki, Texasdakı üsyana səbəb kimi Ali Məhkəmənin qərarı göstərilsə də, bu əslində nəticədir. Əsl səbəb Co Bayden hökümətinin, dolayısı ilə Demokratların yarıtmaz fəaliyyətidir.

Texas ştatının qubernatoru Qreq Ebbotunun dünənki bəyanatında açıq şəkildə qeyd edilir ki, Co Baydenin miqrasiya və Ukrayna ilə bağlı siyasəti amerikalılar tərəfindən qətiyyən qəbul olunmur. Bu da haqlı narazılıqlar yaradır. Təbii ki, Meksika ilə sərhəddə yerləşən Texasın miqrasiya problemi qarşıdurmanın episentrinə çevrilib.

Burda digər faktor isə ABŞ-ın çətin iqtisadi durumudur. Bildiyimiz kimi ABŞ-ın dövlət borcları 35 trilyona çatıb. Bu isə Dövlət Büdcəsindən 10 dəfə çoxdur. Borc altında getdikcə daha çox əzilən rəsmi Vaşinqton ştatlara lazımı səviyyədə maliyyə dəstəyi verə bilmir. Elə Meksika ilə sərhəddə yeni divarın inşasına etirazın da arxasında maddi imkansızlıq dayanır. Ona görə də yerlərdə sosial narazılıqlar artır.

Digər tərəfdən, Texas ABŞ-ın ikinci ən zəngin ştatıdır. Bu səbəbdən, texaslılar digər ştatları “doyurmaq” yerinə, müstəqil şəkildə daha zəngin yaşayacaqlarını yaxşı anlayırlar.

Hələlik, narazılıq ABŞ-ın cənub-qərb bölgəsində baş verib. Amma ekspertlərin fikrincə, bu narazılıq Amerikanın mərkəzi və aparıcı ştatlarını, o cümlədən Kaliforniya və Floridanı da bürüyəcək. Maraqlıdır ki, üsyançılar təkcə Ali Məhkəməninin qərarına etiraz eləmir, həm də ABŞ-dan ayrılacaqlarını açıq şəkildə söyləyirlər. Bu isə ABŞ-ın son 300 illik tarixində ilk və nadir hadisədir.

Yəni dünya dövlətlərinin diz çökdürə bilmədiyi ABŞ daxili parçalanmanın astanasındadır.

Bu da hər şeydən əvvəl Ağ Evin yarıtmaz fəaliyyəti və problemlərə qeyri-peşəkar yanaşması ilə bağlıdır. Öz ölkəsinin daxili problemini həll edə bilməyən rəsmi Vaşinqton başqa ölkələrə “yol göstərir”, “ağıl öyrədir”.

Texasda baş verən üsyanın əsas səbəbi yanlış miqrasiya siyasəti olsa belə bu ABŞ idarəçiliyindəki boşluqları aydın şəkildə göstərir. Yəni dünyaya demokratiya dərsi keçən Vaşinqton özü inzibati idarəçiliyə üstünlük verir. Texas ştatının rəhbərliyinin haqlı tələbinə Ali Məhkəmənin qərarı ilə “yox” deyilir. Hətta ştatın qubernatoru sosial tələbinə görə inzibati qaydada cəzalandırılır. Üstəlik, Ağ Ev bölgədəki ictimai sabitliyi pozur.

Məlum olduğu kimi, rəsmi Vaşinqton Texasa xüsusi təyinatlı hərbi kontingent göndərib. Bu da etirazçıların cəzalandırılması üçün edilib. Bu isə dünyada rast gəlinən çox nadir hadisədir. Bu Şimali Koreyadakı idarəetmə sistemindən heç nə ilə fərqlənmir. Rəsmi Pxenyan səsini çıxaran məmuru necə cəzalandırırsa, rəsmi Vaşinqton da buna bənzər yol seçir.

Çünki aşağıdan gələn istənilən təşəbbüs və təklif Ağ Evdəkilər üçün məqbul deyil. Ona görə də Texasda baş verənlər demokratik imic formalaşdıran ABŞ idarəçiliyinin əsl mahiyyətini ortaya qoyur və göstərir ki, bu gedişlə ABŞ ən yaxın zamanlarda parçalanacaq.

Öz qazdığı quyuya düşmək...

Yada salaq ki, ABŞ özünün imperialist siyasətini həyata keçirmək üçün digər dövlətlərdə separatizm ocaqları yaratmaqla məşğul olub. Bunun ən böyük acısını yaşayan ölkələrdən biri də Azərbaycandır. 35 ilə yaxındır ki, erməni separatçılarını ABŞ açıq şəkildə dəstəkləyib. Amerikalılar separatçıları nəinki Bakıdakı mərkəzi hakimiyyətə tabeçilikdən boyun qaçırmağa çağırırdı, hətta onları Azərbaycanla müharibəyə təşviq edirdilər.

Üstəlik, ABŞ Azərbaycanın separatizmə qarşı mübarizəsinə, ərazi bütövlüyünü bərpa və suveren hüquqlarını təmin etmək istəklərinə də qarşı çıxırdı. Bunu “insan haqlarının pozulması” kimi xarakterizə edirdi.

Bəs, Texas sakinlərinin üzərinə qoşun yeritmək insan hüquqlarının pozulması deyil?! Axı, texaslılar qanundankənar nə istəyirlər ki?!

Göründüyü kimi, Ağ Evdəkilərin baxışları məkana və zamana görə dəyişir. Azərbaycan, Serbiya və digər ölkələrə gələndə anoloji hadisə insan haqlarının pozulması kimi görünür. Amma ABŞ-ın özünə gələndə isə bu qanunun aliliyinin qorunmasıdır. Bax, ABŞ-ın ikili standartlarının ən gözəl örnəyi məhz budur.

Bununla belə ABŞ “öz əkdiyini biçir”.

ABŞ-da siyasi fon çox tündləşib. Hadisələr qeyri-müəyyən istiqamətdə inkişaf edir. Amma vəziyyət nə qədər xaotik görünsə də, iki variantdan birinin baş verəcəyi qaçılmazdır.

Birinci variant odur ki, Vaşinqton narazılıqları inzibati cəza metodları ilə yatırmağa çalışacaq. Bu isə ölkədə çox ağır siyasi atmosfer yarada bilər. Bu hətta ABŞ-ın parçalanmasına qədər gətirib çıxara bilər.

İkinci variantsa ondan ibarətdir ki, ABŞ-da Demokratlar siyasi səhnədən bir müddət geri çəkiləcək və meydanı Respublikaçılara verəcəklər. Bu hətta növbədənkənar Prezident seçkiləri ilə də yekunlaşa bilər. Yəni payıza qədər gözləməyib ən yaxın aylarda Prezident seçkiləri keçirilə bilər. Bu isə Respublikaçılara, xüsusən də Donald Trampa əla fürsət verə bilər.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Orhan Gencebayın xanımı fotoşopla özünü 40 yaş cavanlaşdırdı

Orhan Gencebayın xanımı fotoşopla özünü 40 yaş cavanlaşdırdı

Bu yayın ən çox transfer edən klubları bilindi

Bu yayın ən çox transfer edən klubları bilindi

"Android"in Azərbaycan bazarındakı payı kəskin AZALDI

"Android"in Azərbaycan bazarındakı payı kəskin AZALDI

Azərbaycanda ateistlərin sayı: Bu rəqəm çoxlarını təəccübləndirəcək

Azərbaycanda ateistlərin sayı: Bu rəqəm çoxlarını təəccübləndirəcək

Tramp Putinlə görüşün yeganə şərtini AÇIQLADI

Tramp Putinlə görüşün yeganə şərtini AÇIQLADI

Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?

Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?

Sentyabrın 3-də bu küçə və kəndlərdə işıq olmayacaq

Sentyabrın 3-də bu küçə və kəndlərdə işıq olmayacaq

Bu kəndə köçənlərə ev və iş verilir – İnanılmaz təklif

Bu kəndə köçənlərə ev və iş verilir – İnanılmaz təklif

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Fanatından Nurana evlilik təklifi - VİDEO

Fanatından Nurana evlilik təklifi - VİDEO

AB-dən erməni konyakına qadağa - Səbəb?

AB-dən erməni konyakına qadağa - Səbəb?

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

4 BÜRC sentyabrda diqqətli olmalıdır

4 BÜRC sentyabrda diqqətli olmalıdır

End of content

No more pages to load

RADİO