Yəmən sahillərində husilər tərəfindən vurulan “Trafigura” neft tankeri yanıb.
Bizim.Media “BBC”yə istinadla xəbər verir ki, zərbə gəminin yük çənlərindən birində yanğına səbəb olub.
Yanğını söndürmək üçün yanğınsöndürmə avadanlıqlarından istifadə olunub.
ABŞ Hərbi Dəniz Qüvvələri tankerin təcili yardım çağırışına cavab verib.
İlkin məlumata görə, hücum nəticəsində itki olmayıb. Tanker gəmi əleyhinə ballistik raketlə vurulub.
Bizim.Media