Avropa Şurasının rəhbəri Şarl Mişel Avropa Parlamentinə (AP) seçkilərdə iştirak etməmək qərarına gəlib ki, bu da onun hazırkı vəzifəsindən vaxtından əvvəl istefasına səbəb ola bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Mişel “Belga”ya müsahibəsində bildirib.
Siyasətçi “səlahiyyət müddətinin sonuna qədər əvvəlkivəzifələrini tam qətiyyətlə yerinə yetirəcəyini” vəd edib. Bu isə onun 2024-cü il iyunun 6-9-da keçiriləcək Avropa Parlamenti seçkilərində iştirak etməyəcəyini istisna etmir.
Bizim.Media