Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Yens Stoltenberq ilə telefonla danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.
Telefon danışığı zamanı qlobal və regional məsələlər, eləcə də Türkiyənin İsveçin NATO-ya üzvlüyü ilə bağlı verdiyi qərar ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media