Türkiyə-İraq sərhədindəki Qara bölgəsində aparılan terrorla mübarizə əməliyyatında PKK-nın üç terrorçusu zərərsizləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Terror sığınacaqlarını dağıtmağa davam edirik. İraqın şimalındakı Qara bölgəsində PKK-nın üç terrorçusu Türkiyə Silahlı Qüvvələri tərəfindən öldürülüb. Terror və terrorçularla mübarizəmiz əzmlə davam edəcək", - deyə məlumatda qeyd edilib.
Bizim.Media