“Rusiya bu ilin martında keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün AŞPA nümayəndələrini dəvət etməyəcək”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
“Hazırda Rusiya seçkiləri müşahidə etmək üçün xarici ölkələrin nümayəndələrinə, MDB və ŞƏT kimi təşkilatlara dəvətlər göndərir. Lakin Moskva Avropa Şurasında üzvlükdən imtina edib və bu səbəbdən AŞPA nümayəndələrinin seçkilərdə müşahidəçi kimi dəvət olunması məntiqəuyğun olmazdı”.
Qeyd edək ki, Rusiyada bu ilin mart ayında prezident seçkiləri keçiriləcək.
Bizim.Media