Türkiyənin Milli Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.
Bizim.Media xəbər verir ki, 3 saat 45 dəqiqə keçən iclasında terrorla mübarizənin əsas istiqamətləri müzakirə edilib.
İclasın yekunlarına dair açıqlamada qeyd edilib ki, Türkiyə məkanından asılı olmayaraq bütün terror təşkilatlarını hədəf almağa davam edəcək.
Hımçinin bildirilib ki, Türkiyə dost və qardaş ölkələrin ərazi bütövlüyünü dəstəkləyir və cari məsələlərin həlli istiqamətində müvafiq tərəflərlə təmaslar davam etdiriləcək.
Bizim.Media