İsveçin Baş naziri Ulf Kristersson macarıstanlı həmkarı Viktor Orbanla fevralın 1-də Brüsseldə NATO-ya üzvlüklə bağlı görüş keçirməyə razılıq verib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat Ulf Kristerssonun bəyanatında məlumat verilib.
“Mən hər ikimiz üçün əlverişli vaxtda Budapeştdə bu məsələni daha ətraflı müzakirə etməyi səbirsizliklə gözləyirəm. Fevralın 1-də Avropa İttifaqı Şurasının Brüsseldə keçiriləcək mühüm iclasında da görüşmək imkanımız olacaq”, - deyə İsveçin Baş naziri bildirib.
Bizim.Media