“WhatsApp” platformalararası yeniliyə hazırlaşır. Tezliklə Telegram, Discord və digər messencerlərin istifadəçilərinə yazmaq mümkün olacaq.
Bizim.Media xarici mətbuata istinadən xatırladır ki, WhatsApp-ın ən son beta versiyasında “Kənar çatlar” adlı yeni bölmə var.
Funksiya artıq sınaqdan keçirilir, lakin onun nə vaxt və kimin üçün əlçatan olacağı bilinmir.
Beta versiyası artıq Telegram və Discord ilə uyğunluq əldə edib və zaman keçdikcə Viber, iMessage, Signal və digərləri üçün də sınaqdan keçiriləcək.
Bizim.Media