İran Prezidenti İbrahim Rəisi Türkiyəyə rəsmi səfəri çərçivəsində Prezident Külliyesində ölkə lideri Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Bizim.Media ölkə KİV-nə istinadən xəbər verir ki, görüş sonrası iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci Toplantısından sonra müxtəlif müqavilələrin imzalanma mərasimi keçirilib.
Ərdoğanla Rəisinin iştirakı ilə Türkiyə və İran arasında enerji, azad zonalar, media, mədəniyyət, dəmir yolu nəqliyyatı və sürücülük vəsiqələrinin qarşılıqlı tanınması kimi məsələləri əhatə edən 10 müqavilə imzalanıb.
Bizim.Media