İsraildəki tikinti sahələrində çalışmaq üçün inşaat işçilərini işə götürmək məqsədi ilə Daşkəndəsəfər edən İsrail nümayəndə heyəti özbək işçilərlə geri qayıda bilməyib.
Bizim.Media xəbər verir ki, bu barədə nümayəndə heyətinin üzvlərin məlumat yayıblar.
Bildirilib ki, yerli hakimiyyət orqanları müxtəlif bürokratik bəhanələrlə israillilərin işini çətinləşdirərək, işçiləri işə götürməyi mümkünsüz edib.
Qeyd edək ki, Yaxın Şərqdəki eskalasiyadan sonra İsrail tikinti sənayesində işçi çatışmazlığı ilə üzləşib, çünki əvvəllər tikinti sahələrində təxminən 76 min fələstinli çalışıb. Məhz bu səbəbdən də Özbəkistandan olan işçi qüvvəsinə ehtiyac yaranıb.
Bizim.Media