İsveçin NATO-ya daxil olması ilə bağlı Türkiyə parlamentinin ratifikasiyası ABŞ Konqresinin Ankaraya F-16 təyyarələrinin satışına icazə verən sənədin bir hissəsidir.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Departamenti Türkiyənin TRT telekanalına şərh verib.
“ABŞ prezidenti Co Bayden uzun müddətdir ki, Türkiyənin F-16 donanmasının modernləşdirilməsini dəstəklədiyini açıq şəkildə bəyan edib. Bu da NATO ilə qarşılıqlı fəaliyyətə töhfədir. Konqres xarici ölkələrə silah satışında əsas rol oynayır.
Konqresin bəzi üzvləri açıq şəkildə deyiblər ki, Türkiyəyə F-16-ların satışını dəstəkləmək üçün İsveçin NATO-ya daxil olmaq üçün müraciəti rəsmi Ankara tərəfindən təsdiqlənməlidir”, - deyə Departament telekanala bildirib.
Qurum, eyni zamanda Türkiyə parlamentinin İsveç protokolunun təsdiqi ilə bağlı qərarını alqışlayıb.
Bizim.Media