Qəzza zolağında iki bitişik binada baş verən partlayış nəticəsində İsrail müdafiə qüvvələrinin (IDF) 21 əsgəri həlak olub.
Bizim.Media xəbər verir ki, buu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, əsgərlər bufer zona yaratmaq üçün HƏMAS hədəflərinin binalarının sökülməsini həyata keçirib, bu zaman HƏMAS üzvləri İsrail qırıcılarının təhlükəsizliyini təmin edən tanka hücum ediblər.
Partlayışın minalanma nəticəsində baş verdiyi ehtimal edilir.
Bizim.Media