Böyük Britaniya hökuməti HƏMAS qruplaşması və "İslami Cihad" qruplaşması ilə əlaqəsi olan beş şəxsə qarşı sanksiya tətbiq edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında məlumat verilib.
Sanksiyaya Böyük Britaniyaya giriş qadağası, aktivlərin dondurulması və silah embarqosu daxildir.
“Qara siyahı”ya HƏMAS döyüşçüləri Həsən əl-Vardian, İsmayıl Barhoum, Əhməd Oda və Zuhair Şamla, həmçinin "İslami Cihad"ın üzvü Cəmil Alyan salınıb.
Bizim.Media