Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiç ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər regionda sülhün və sabitliyin möhkəmləndirilməsi üçün səylərin daha da əlaqələndirilməsinə sadiq olduqlarını təsdiqləyiblər. Həmçinin görüş zamanı regional və beynəlxalq məsələlər üzrə ikitərəfli əməkdaşlığın səmərəliliyi qeyd edilib.
Bizim.Media