“ABŞ İsrailin oktyabrın 7-də baş verənlərə bənzər hadisələrin təkrarlanmasının qarşısını almaq hüququnu dəstəkləyir”.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken özünün “X” hesabında İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşünün təfərrüatları barədə məlumat verərkən qeyd edib.
“Mən həmçinin mülki şəxslərə dəyən zərərin qarşısının alınmasının, mülki infrastrukturun qorunmasının və humanitar yardımın Qəzzada paylanmasının təmin edilməsinin vacibliyini vurğuladım”, - deyə Blinken qeyd edib.
Bizim.Media