Allergiyası olanların NƏZƏRİNƏ - Gələn ildən etibarən sizə daha diqqətli yanaşacaqlar

Allergiyası olanların NƏZƏRİNƏ - Gələn ildən etibarən sizə daha diqqətli yanaşacaqlar
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qida məhsullarının tərkibi barədə istehlakçıların ətraflı məlumatlandırılması məqsədilə gələn ildən yeni etiketləmə tələbləri qüvvəyə minir. Yanvarın 1-dən allergen maddələr barədə məlumatların göstərilməsi məcburi olacaq.

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, istehlakçılara təqdim olunan bütün qida məhsulları barədə – onların tərkibi, miqdarı, enerji və qida dəyəri, saxlanma şəraiti, mənşəyi, istehsal tarixi, yararlılıq müddəti və xüsusilə, tərkibində mövcud olan allergen maddələr barədə dolğun və şəffaf məlumat verilməlidir. Etiketləmə zamanı bu məlumatlar dəqiq, aydın və istehlakçılar üçün başa düşülən formada təqdim olunmalıdır. Məqsəd isə istehlakçının məlumatlı və təhlükəsiz seçim etməsinə şərait yaratmaqdır. Xüsusilə, qlütenli taxıllar, yumurta, küncüt, qərzəkli meyvələr (badam, fındıq, qoz, fıstıq, makadamiya), süd və süd məhsulları və s. kimi məhsullar ayrıca qeyd olunmalıdır.

Lakin bu qaydanın yalnız qablaşdırılmış məhsullara deyil, açıq şəkildə satışa çıxarılan qidalara da aid olub-olmaması və belə məhsullarda məlumatın hansı formada təqdim ediləcəyi sual doğurur.

Təndirxanalarda açıq satılan, allergen tərkibli şirniyyatlar necə etiketlənəcək?

Belə ki, onsuz da allergen olan yumurta həm də tez xarab olduğundan tərkibindəki şirniyyatlar açıq şəkildə deyil, soyuducu şəraitində saxlanılmalıdır. Üstəlik etiketlənmiş qablaşdırılmada satılmalıdır ki, üzərində son istifadə tarixi yazılsın.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən açıq şəkildə şirniyyat satışı ilə məşğul olan obyektlərə mütəmadi olaraq nəzarət aparılır.

Məhsulların saxlanma şəraiti, temperatur rejimi, sanitar-gigiyenik tələblərə əməl olunması, yararlılıq müddəti və etiketlənməsi və mənşəni təqdim edən sənədlər yoxlanılır. Tələblərə cavab verməyən məhsullar aşkar edildikdə qanunvericiliyə uyğun tədbirlər görülür. Qanun pozuntusu aşkar edildikdə sahibkarlar barəsində inzibati qaydada protokol tərtib olunaraq cərimələnir, yararsız məhsullar dövriyyədən çıxarılır. Zəruri hallarda obyektin fəaliyyəti dayandırıla, təkrar pozuntular zamanı daha ciddi tədbirlər görülə bilər.

Bununla yanaşı, AQTA yenidən sahibkarlara qida məhsullarının etiketində göstərilməsi zəruri olan 14 allergenlə bağlı xəbərdarlıq edib.

Agentlikdən bildirilib ki, istehlakçıya doğru və aydın məlumat vermək qida təhlükəsizliyinin mühüm şərtlərindən biridir.

“Əgər məhsulunuzun tərkibində allergenlərdən hər hansı biri varsa, bu barədə məlumat etiketdə aydın şəkildə göstərilməlidir. Allergen riski yalnız istifadə olunan xammalla bağlı deyil. Eyni istehsal xəttində və ya ortaq avadanlıqlarda müxtəlif məhsulların hazırlanması da çarpaz çirklənmə riski yaradır. Bu səbəbdən istehsal xətlərinizdə allergen risklərini müəyyənləşdirin, çarpaz çirklənmə ehtimalını qiymətləndirin və etiket məlumatlarını vaxtında yeniləyin”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

"Qızımı belə böyütməməli idim"

"Qızımı belə böyütməməli idim"

Keçmiş sevgililər geri qayıda bilər: Bu bürclərin nəzərinə

Keçmiş sevgililər geri qayıda bilər: Bu bürclərin nəzərinə

Pezeşkian Moskvayaya gedir: Nəyi müzakirə edəcəklər?

Pezeşkian Moskvayaya gedir: Nəyi müzakirə edəcəklər?

Sürücülərin nəzərinə!

Sürücülərin nəzərinə!

Merz narahatdır: Almaniya-Rusiya yeni müharibəyə başlaya bilər?

Merz narahatdır: Almaniya-Rusiya yeni müharibəyə başlaya bilər?

Mona Lizanı görə bilmədilər

Mona Lizanı görə bilmədilər

ABŞ geri çəkilir, Avropaya çağırış: Ukraynanı yalnız siz xilas edə bilərsiniz

ABŞ geri çəkilir, Avropaya çağırış: Ukraynanı yalnız siz xilas edə bilərsiniz

Ölüm xəbəri yayılan Kim Çen İn Çində belə qarşılandı - VİDEO

Ölüm xəbəri yayılan Kim Çen İn Çində belə qarşılandı - VİDEO

Ərdoğan: Milli kimliyimizi itirdik, tarixi məscidlərimizi tövləyə çevirdilər

Ərdoğan: Milli kimliyimizi itirdik, tarixi məscidlərimizi tövləyə çevirdilər

Payız depressiyasının çarəsi olan 10 qida

Payız depressiyasının çarəsi olan 10 qida

Dünyada süd vəzi xərçəngi ilə bağlı yeni statistika açıqlanıb

Dünyada süd vəzi xərçəngi ilə bağlı yeni statistika açıqlanıb

Tramp Rusiyaya qarşı yeni sanksiyaların ləğvinə hazırlaşır

Tramp Rusiyaya qarşı yeni sanksiyaların ləğvinə hazırlaşır

2026-cı ilin ən yaxşı hibrid avtomobilləri seçildi – SİYAHI

2026-cı ilin ən yaxşı hibrid avtomobilləri seçildi – SİYAHI

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi - Axtarışdadırlar

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi - Axtarışdadırlar

Avtobusda sürücü və sərnişin arasında DAVA – VİDEO

Avtobusda sürücü və sərnişin arasında DAVA – VİDEO

Təzə İphone almaq üçün qısa müddətə pul yığmağın yolu – Bu cədvəli çəkin - FOTO

Təzə İphone almaq üçün qısa müddətə pul yığmağın yolu – Bu cədvəli çəkin - FOTO

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

Tələbəni öldürüb, tutulmamaq üçün cinsiyyətlərini DƏYİŞDİLƏR

Tələbəni öldürüb, tutulmamaq üçün cinsiyyətlərini DƏYİŞDİLƏR

Tovuzda köməksiz vəziyyətdə qalan körpə belə xilas edildi – VİDEO

Tovuzda köməksiz vəziyyətdə qalan körpə belə xilas edildi – VİDEO

Paytaxtda leysan XƏBƏRDARLIĞI

Paytaxtda leysan XƏBƏRDARLIĞI

Dilarə Əliyevaya vəzifə verildi

Dilarə Əliyevaya vəzifə verildi

Gələcəyə inamını itirən gənclik -Niyə yatırım etmək əvəzinə kor-koranə pul xərcləyirlər?

Gələcəyə inamını itirən gənclik -Niyə yatırım etmək əvəzinə kor-koranə pul xərcləyirlər?

Zığda yaşayış binasındakı yanğın söndürüldü – YENİLƏNİB – VİDEO

Zığda yaşayış binasındakı yanğın söndürüldü – YENİLƏNİB – VİDEO

Üçtərəfli görüş harada baş tutacaq?

Üçtərəfli görüş harada baş tutacaq?

End of content

No more pages to load

RADİO