Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.
1985-ci il təvəllüdlü Rəşad Nəcəfov marketin qarşısında dayanarkən yüksək sürətlə hərəkət edən avtomobil onu vurub.
Hadisə nəticəsində R.Nəcəfov müxtəlif sınıq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./Sfera.az
Bizim.Media