“Sabah”ın idman direktoru: Püşk çətin düşsə də, sonadək mübarizə aparacağıq

Püşkatmanın nəticələri çox maraqlı və çətin alındı. Sanki Avropanın ən güclü klubları bizim qrupa düşüb. Lakin bu cür güclü rəqiblərlə qarşılaşmaq həm də böyük təcrübədir.

Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Sabah” klubunun idman direktoru İqor Ponomaryov komandanın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərini dəyərləndirərkən deyib.

Mütəxəssis püşkün nəticələrinə və komandanın şanslarına toxunub:

“Püşkatma çox güclü qrup formalaşdırdı. Elə bir təəssürat yaranır ki, sanki Avropanın ən güclü komandaları bizə rəqib olub. Amma bu, özümüzü güclü klublarla müqayisə etmək baxımından çox faydalıdır. Əminəm ki, futbolçularımız bu oyunlarda səviyyələrini daha da qaldıracaq və məsələyə tam başqa cür yanaşacaqlar. Rəqiblər nə qədər güclü olsa da, bu o demək deyil ki, biz mübarizə aparmayacağıq.

Sonadək mübarizə aparağıq, çalışacağıq və bütün gücümüzü qoyacağıq ki, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanaq. Əlbəttə, buna cəhd edəcəyik. Hər şey ola bilər - qazana da bilərik, uduza da. Amma belə klubların Azərbaycana gəlişi artıq futbolumuz üçün böyük hadisədir”.

İ.Ponomaryov “Sabah”ın U-19 komandasının Gənclər Liqasındakı iştirakının və ölkədəki futbol mühitinin vacibliyini də vurğulayıb:

“Gənclər komandamıza gəlincə, onların da belə böyük klublara qarşı oynaması çox maraqlı və faydalı olacaq. Böyük komandaların necə futbol oynadığını yaxından görəcəklər. Bizdə gənclər futbolunun səviyyəsi müəyyən mərhələdədir, buna görə də belə turnirdə iştirak etmək, başqalarının necə inkişaf etdiyini görmək gənclərimiz üçün böyük təcrübədir.

Bütün bunlar futbolumuz üçün çox müsbət və böyük əhəmiyyət kəsb edən məsələlərdir. Oktyabrda ölkədə 15 yaşlılar üçün futbol festivalı keçiriləcək, gələn il isə Özbəkistan və Azərbaycanın birgə təşkil edəcəyi U-20 dünya çempionatı baş tutacaq. Bu gün U-19-da oynayanlar sabah əsas milliyə namizəddirlər və bu turnirlər onlar üçün böyük stimul olacaq”.

Qeyd edək ki, tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanan “Sabah” əsas mərhələdə İspaniyanın “Barselona”, Almaniyanın “Borussiya Dortmund”, İtaliyanın “Napoli” və Çexiyanın “Slaviya Praqa” klubları ilə evdə, İngiltərənin “Arsenal” və “Mançester Yunayted”, İspaniyanın “Vilyarreal” və Norveçin “Vikinq” komandaları ilə isə səfərdə qarşılaşacaq. Azərbaycan çempionu ilk matçını sentyabrın 10-da İngiltərədə “Mançester Yunayted”ə qarşı keçirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sərnişinlər tıxacda qaldı: M3 niyə əvvəlki yolla getmir?

Sərnişinlər tıxacda qaldı: M3 niyə əvvəlki yolla getmir?

Avqustun ən isti günü AÇIQLANDI

Avqustun ən isti günü AÇIQLANDI

Təhlükəli alaq otu: Görəndə uzaq durun - Dərmanlar belə kömək etmir

Təhlükəli alaq otu: Görəndə uzaq durun - Dərmanlar belə kömək etmir

Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanıldı – FOTO

Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanıldı – FOTO

Messinin varisi o oldu

Messinin varisi o oldu

Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi

Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi

ABŞ məhkəməsi Trampın bu fərmanının icrasını dayandırdı

ABŞ məhkəməsi Trampın bu fərmanının icrasını dayandırdı

Tələbat ARTIR - Plastik cərrahiyyə niyə ayrıca ixtisas kimi tədris olunmur?

Tələbat ARTIR - Plastik cərrahiyyə niyə ayrıca ixtisas kimi tədris olunmur?

Ceyhun Bayramov litvalı həmkarı ilə Cənubi Qafqazdakı mövcud vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov litvalı həmkarı ilə Cənubi Qafqazdakı mövcud vəziyyəti müzakirə etdi

Azərbaycandan Ermənistana 1 000 tona yaxın dizel yanacağı göndərildi

Azərbaycandan Ermənistana 1 000 tona yaxın dizel yanacağı göndərildi

Nazir müavini: “Minalardan təmizlənən ərazilər iqtisadi dövriyyəyə qaytarılacaq” - FOTO

Nazir müavini: “Minalardan təmizlənən ərazilər iqtisadi dövriyyəyə qaytarılacaq” - FOTO

Övlad himayəyə götürmək istəyənlərin NƏZƏRİNƏ: Proses sadələşdirildi

Övlad himayəyə götürmək istəyənlərin NƏZƏRİNƏ: Proses sadələşdirildi

Liviya rəsmisi: “Məqsədimiz Azərbaycanın minatəmizləmə təcrübəsindən yararlanmaqdır”

Liviya rəsmisi: “Məqsədimiz Azərbaycanın minatəmizləmə təcrübəsindən yararlanmaqdır”

ABŞ-ın İrana qarşı hərbi əməliyyatı 2027-ci ilə qədər uzanacaq?

ABŞ-ın İrana qarşı hərbi əməliyyatı 2027-ci ilə qədər uzanacaq?

Yalandan atasının MİDA-da işlədiyini deyib pul aldı

Yalandan atasının MİDA-da işlədiyini deyib pul aldı

ATƏT Parlament Assambleyasının prezidenti İlham Əliyevin QƏBULUNDA – FOTO

ATƏT Parlament Assambleyasının prezidenti İlham Əliyevin QƏBULUNDA – FOTO

“Sabah”ın idman direktoru: Püşk çətin düşsə də, sonadək mübarizə aparacağıq

“Sabah”ın idman direktoru: Püşk çətin düşsə də, sonadək mübarizə aparacağıq

Prezidentdən San Marinonun Regent Kapitanlarına MƏKTUB

Prezidentdən San Marinonun Regent Kapitanlarına MƏKTUB

Bakıda marketin qarşısında dayanan şəxsi avtomobil vurdu

Bakıda marketin qarşısında dayanan şəxsi avtomobil vurdu

BMT rəsmisindən Qarabağla bağlı MESAJ

BMT rəsmisindən Qarabağla bağlı MESAJ

Gömrük nəzarətindən gizlədilən 654,9 karat brilyant qaşlar AŞKARLANDI

Gömrük nəzarətindən gizlədilən 654,9 karat brilyant qaşlar AŞKARLANDI

Həyətində terras tikirdi- 1100 illik vikinq xəzinəsi tapdı - FOTO

Həyətində terras tikirdi- 1100 illik vikinq xəzinəsi tapdı - FOTO

Allergiyası olanların NƏZƏRİNƏ - Gələn ildən etibarən sizə daha diqqətli yanaşacaqlar

Allergiyası olanların NƏZƏRİNƏ - Gələn ildən etibarən sizə daha diqqətli yanaşacaqlar

“Heç kim üzərində addımladığı torpaqda qorxu içində yaşamamalıdır”

“Heç kim üzərində addımladığı torpaqda qorxu içində yaşamamalıdır”

End of content

No more pages to load

RADİO