Fransada Selin Burton ölkənin əks-kəşfiyyatının rəhbəri seçilib və tarixdə bu vəzifəni tutan ilk qadın olub.
Bizim.Media xəbər verir ki, Bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanin özünün “X” hesabında məlumat verib.
"Bu gündən etibarən Selin Burton Daxili Təhlükəsizlik Baş İdarəsinin yeni baş direktorudur", - deyə nazir qeyd edib.
Qeyd edək ki, daha əvvəl Fransa Prezidenti Emmanuel Makron yeni hökuməti 34 yaşlı cinsi azlıq nümayəndəsi olan Qabriel Attala həvalə edərək, onun ən gənc baş nazir kimi Fransa tarixinə düşməsinə vəsilə olub.

Bizim.Media