Qırğızıstan Prezidenti Sadır Japarov Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər.
Qeyd edək ki, Qırğızıstanda səfərdə olan Hakan Fidan daha əvvəl həmkarı Cinbek Kulubayevlə görüşüb.

Bizim.Media