Cənubi Koreyada it yemək qadağan olunub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "The Chosun Ilbo" nəşri yayıb.
Mənbə qeyd edir ki, həmçinin, koreyalılar it yetişdirə, öldürə və onların ətini insanların istifadə etməsi üçün sata bilməyəcəklər.
Əks təqdirdə onlar 2-3 il həbs cəzası alacaqlar.
Xatırladaq ki, mövzu ilə bağlı qanun layihəsi ölkə parlamenti tərəfindən qəbul edilib və 2027-ci ildə qüvvəyə minəcək.
Bizim.Media