Dünyanın ən böyük liman şəhərlərindən biri olan Rotterdam demək olar ki, tamamilə dəniz səviyyəsindən aşağı düşüb.
Bizim.Media “Dutchnews.nl” portalına istinadən xəbər verir ki, uzun sürən leysan yağışları səbəbindən bəzi ərazilərdə daşqın riski yaranıb.
Rotterdam meri Əhməd Aboutalebin sözlərinə görə, ərazinin təxminən 85%-i dəniz səviyyəsindən 7 metr aşağıda yerləşir. Və son bir neçə gün ərzində Hollandiyanın bəzi hissələrində müşahidə olunan yağışlı və küləkli hava şəraiti kanallarda və çaylarda suyun səviyyəsini yüksəltdiyi üçün şəhərdə daşqın təhlükəsi artıb.
Bizim.Media