“ABŞ Moskvanı silahlanma yarışına cəlb etməyə səy göstərir. İkinci Dünya müharibəsindən sonra həyata keçirilən bənzər siyasət öz nəticəsini verdi, rəqibindən geri qalmamaq üçün getdikcə hərbi büdcəsini artıran SSRİ iqtisadi tənəzzülə uğradı. Görünür, Rusiyaya qarşı ən effektli mübarizənin bu olduğunu düşünən Vaşinqton yenə Moskvayla vəziyyəti gərginləşdirir və hərbi büdcəsini artırır. Məqsəd Rusiyanı tələyə çəkmək və onu iqtisadi cəhətdən yenidən iflasa sürükləməkdir”x9d.
Bunu iqtisadçı ekspert Elçin Qurbanov Moderator.az-a açıqlamasında bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bir neçə gün öncə ölkəsinin icra başçıları ilə görüşündə hərbi büdcəni 54 milyard dollar artıracağını etiraf edib. Xarici qeyri-hərbi (humanitar) yardımların kəsilməsi hesabına artırılacağı gözlənilən hərbi büdcənin ABŞ-ın milli təhlükəsizliyini gücləndirməyə sərf olunacağını vurğulayan Trampın bu sözləri bir çox ekspertlər tərəfindən müharibəyə hazırlıq mesajı kimi qiymətləndirilib.
Elçin Qurbanov də bu arqumentlə qismən razılaşır. Onun sözlərinə görə, iki dövlət arasında əzəli mübarizə heç bir zaman səngiməyib:xa0
“Sadəcə Rusiyanın iqtisadi böhranla üzləşməsiylə qismən sakitləşən hesablaşmalar son zamanlar ciddi xarakter almağa başlayıb. Xüsusilə Obama hakimiyyətinin 2-ci mərhələsində Ukrayna böhranının ardından kritikləşən soyuq münasibətlər tərəflərin güc nümayişi ilə müşaiyyət olunur. ABŞ-ın rəhbərliyi altında NATO qüvvələri Rusiyanın təbii sərhədləri olan ərazilərə, o cümlədən Qara dəniz hövzəsinə və Baltikyani coğrafiyalara yayılmağa çalışır, Moskva isə buna sərt reaksiyalar verir. Bəzən bu reaksiyalar hərbi təyyarələrinin bir-birini təhdid etməsinə, mübahisəli sərhədlərə yaxınlaşan ABŞ gəmiləri üzərində rus təyyarələrinin təhlükəli manevrlər keçirməsinə qədər varır. Bəzən isə hər iki tərəfin əllərindəki hərbi texnikalarla Suriya ərazilərində güc nümayişlərinin şahidi oluruq. Bir çox müasir silahlar Yaxın Şərqin məzlum xalqları üzərində sınaqdan çıxarılır”x9d.
Bütün bunların əslində hibrid müharibə taktikaları olduğunu düşünən ekspertin fikrincə, ABŞ-Rusiya arasında hesablaşmalar yenə də bu istiqamətdə daha geniş şəkildə davam edəcək:xa0
“Əgər “ABŞ müharibəyə hazırlaşır”x9ddeyərkən, ekspertlər iki böyük hərbi qüdrətin bir-biriylə açıq müharibə aparacağı nəzərdə tuturlarsa, yanılırlar. Dünyanın ən böyük nüvə potensialına sahib olan bu iki nəhəngin bir-biriylə açıq şəkildə döyüşməsi qeyri-mümkündür. Bununla belə, dünyanı yenidən bölüşdürmək istəyən nəhənglər arasında sülh yaranacağını düşünmək də sadəlövhlük olardı. Zənnimcə, nəhənglərin hesablaşması zəif xalqların üzərində hibrid müharibəsi çərçivəsində yürüdüləcək”x9d.
“Hibrid müharibəsi”x9d anlayışına aydınlıq gətirən Elçin Qurbanovun fikrincə, bu hərbi taktika nəhənglərin təsir dairəsində olan coğrafiyaların ələ keçirilməsi məntiqinə əsaslanır ki, 2010-cu ildən etibarən, bütün Yaxın Şərqdə və post-sovet məkanında sınaqdan çıxarılıb, xeyli qanlar axıdılıb: “Hesab edirəm ki, Tramp hakimiyyəti dövründə də eyni coğrafiyalar hədəf seçiləcək. Bu gərginləşmə həmçinin Avropanın siyasi və monetar siyasət modelinə qarşı hesablanmış addimdır. ABŞ administrasiyasının öz hərbi büdcəsini artırması isə növbəti 4 ildə bu savaşların daha qanlı olacağına işarədir”x9d.
ABŞ-ın 2016-ci ildə hərbə 700 milyard, Rusiyanın isə 66 milyard dollar ayırdığını xatırladan Elçin Qurbanova görə, gərginləşən münasibətlər sistemində Moskvanın bu qədər kasıb davranması arzu etmədiyi nəticələr doğura bilər.
xa0 “Rusiyanın militarizmə sürüklənməsi artıq öz nəticələrini vergi yığımlarının artırılması barədə qəbul edilən qərarla göstərməyə başlayıb. Bu isə sanksiyalar tətbiq edilən bir ölkənin gələcək sosial iqtisadi vəziyyətinin gərginləşməsinə şərait yarada bilər. Bununla yanaşı Rusiya hegemoniya maraqları üzündən qeyri-ixtiyari olaraq yeni münaqişə ocaqlarının yaranmasında, həmçinin kənar münaqişələrdə iştirakçı olmaqla tədricən daxildən sosial siyasi partlayışlara səhnə ola bilər. Əslində ABŞ-ın da istədiyi budur. Yəni bu siyasət nəticəsində Rusiya ya passivlik göstərib hegemoniyasının sərhədlərini daraltmağa məhkumdur, ya da silahlanma yarışına girərək iqtisadi tənəzzülə uğramağa...”x9d - Elçin Qurbanov bildirib.