Xəbər verdiyimiz kimi dekabrın 16-da Küveyt əmiri Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah 86 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Misir prezidenti Əbdülfəttah əs-Sisinin imzaladığı fərmana əsasən, ölkədə üç günlük matəm elan edilib.
“Vəfat etmiş Küveyt əmiri üçün bütün ölkədə üç günlük matəm elan edilsin. Misir ərəb və islam xalqlarını dəstəkləyən, ölkəsinə və Küveyt xalqına böyüklük və səxavət göstərən böyük və müdrik insanın vəfatı ilə əlaqədar kədərini ifadə edir” , - deyə fərman mətnində qeyd edilib.
Bizim.Media