Macarıstan Rusiya qazının öz ərazisindən tranziti üçün tarifin artırılması qərarını ləğv etmədiyi təqdirdə, Bolqarıstanın Şengen zonasına daxil olmasına veto qoyacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
“Əgər bu tədbir uzun müddət davam edərsə və Macarıstanın enerji təchizatının təhlükəsizliyini təhdid edərsə, onda biz onların Şengen zonasına üzvlüyünə veto qoyacağıq”, - deyə nazir qeyd edib.
Bizim.Media