İran ABŞ-ın verdiyi pullarla HƏMAS-ı SİLAHLANDIRIR? – SENSASİON DETALLAR 

“İran HƏMAS-ın silahlandırılmasında iştirak edir, ABŞ isə buna göz yumur”. Bu iddiayla Qərb mətbuatı çıxış edib.

6 milyard dolların qeyri-adi dövriyyəsi

Məlum olduğu kimi 2015-ci ildə İran və altı beynəlxalq vasitəçi (Rusiya, ABŞ, İngiltərə, Çin, Fransa, Almaniya) İranın nüvə probleminin həlli üçün Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) imzaladı. Lakin 2018-ci ilin may ayında Tramp administrasiyası ABŞ-ı birtərəfli qaydada sazişdən çıxaraq və İrana qarşı sanksiyaları sərtləşdirdi. O cümlədən İran neftinin idxalına məhdudiyyətlər qoyuldu.

Bu səbəbdən İrandan enerji resurslarının əsas alıcılarından biri olan Cənubi Koreya bu sanksiyalara əməl edərək İranın 6 milyard dollar vəsaitini blokladı.

İran Prezident İbrahim Rəisi Cənubi Koreyadan ABŞ sanksiyaları səbəbindən dondurulan “Woori Bank” və “Industrial Bank of Korea”dakı 6 milyardın geri qaytarılmasını istəsə də rəsmi Seul bundan imtina etdi. Hətta, 2022-ci ilin yanvarında Cənubi Koreyanın Planlaşdırma və Maliyyə Nazirliyi dondurulmuş pulları İranın BMT-yə olan 18 milyon dollar borcunun əvəzində istifadə etdiyi bildirildi.
2023-cü ilin avqustunda isə məlum oldu ki, ABŞ və İran bir neçə məhbus iranlının əvəzində həbsdə olan beş amerikalının azadlığının təmin edilməsi və təxminən 6 milyard dolların dondurulmaması barədə razılığa gəliblər.

Razılaşmanın həyata keçirilməsində ilk addım olaraq Tehran 4 ABŞ vətəndaşını həbsdən ev dustaqlığına buraxıb. Beşinci məhbus həmin vaxt artıq ev dustaqlığında idi. 18 sentyabr 2023-cü ildə İranda həbsdən azad edilmiş beş amerikalı ABŞ-a qayıtdı. Razılaşmaya əsasən, dondurulmuş pul Qətərdəki banka ötürülüb. Lakin ABŞ İrana şərt qoydu ki, 6 milyard dollardan yalnız humanitar məqsədlər üçün istifadə edilə bilər. Bu proses ABŞ Maliyyə Nazirliyinin ciddi nəzarəti altında həyata keçirilməlidir.

“Dondurulmuş” pullar ətrafında yeni qalmaqal

ABŞ-ın Respublikaçılar Partiyası iddia edir ki, məlum 6 milyard Qətərdən HƏMAS-ın bank hesabına ötürülür. HƏMAS isə həmin pulu İsrailə qarşı silahlanmaya sərf edir. Ona görə də 30 noyabr 2023-cü ildə ABŞ Nümayəndələr Palatası əvvəllər sərbəst buraxılmış 6 milyard dolların yenidən dondurulmasına səs verib.

Bu tədbir Nümayəndələr Palatasının 307 üzvü (119 əleyhinə səs verib) tərəfindən dəstəklənən yeni “İran terrorizminin maliyyələşdirilməsini qadağan edən qanun”un qəbulu çərçivəsində təsdiq edilib. Sənədə əsasən, qanun Qətər bankları ilə əməliyyatlarda iştirak edən istənilən maliyyə qurumuna qarşı sanksiyaların tətbiqini nəzərdə tutur.

Əslində bu, həmin pulları yenidən bloklamaq deməkdir.

ABŞ Respublikaçılar Partiyasının nəzarətində olan Nümayəndələr Palatasının üzvlərinin əksəriyyətinin fikrincə, bu 6 milyardı rəsmi Tehran HƏMAS və Hizbullah kimi hərəkatlara dəstək vermək üçün istifadə edir.

Bütün bunlardansa belə nəticə hasil olur ki, İran terroru dəstəkləyən dövlətdir. İran həm də dünyadakı bəzi terror təşkilatlarının sponsoru kimi çıxış edir. Digər maraqlı məqamsa odur ki, ABŞ terror dövləti olan İranı dəstəkləyir.

Belə olmasa idi, Nümayəndələr Palatasının 15 gün əvvəl çıxardığı qərarı Co Bayden təsdiq edərdi. Əgər məqsədli şəkildə İranın hərəkətlərinə göz yumulursa, deməli ABŞ-la İran “bir medalyonun iki üzüdür”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cenevrədə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi müzakirə olundu

Cenevrədə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi müzakirə olundu

Şəkinin bəzi kəndlərində qaz olmayacaq

Şəkinin bəzi kəndlərində qaz olmayacaq

“Zirə” afrikalı futbolçu transfer etdi

“Zirə” afrikalı futbolçu transfer etdi

ABŞ-nin hücumları nəticəsində İranın 6 hərbçisi öldürülüb

ABŞ-nin hücumları nəticəsində İranın 6 hərbçisi öldürülüb

AQTA 79 ərzaq bazarında yoxlama keçirdi - FOTO

AQTA 79 ərzaq bazarında yoxlama keçirdi - FOTO

Birinci sinfə elektron qəbul BAŞA ÇATDI

Birinci sinfə elektron qəbul BAŞA ÇATDI

Sabunçuda neft oğurlamaq istəyərkən kəmərdə yanğın törətdilər - DİN - FOTO/VİDEO

Sabunçuda neft oğurlamaq istəyərkən kəmərdə yanğın törətdilər - DİN - FOTO/VİDEO

Birbaşa qırmızı vərəqə alan Kadi Borgesə AĞIR CƏZA

Birbaşa qırmızı vərəqə alan Kadi Borgesə AĞIR CƏZA

Qaçırdığı qızla günlərlə maşında gecələdi - Həbs edilən var

Qaçırdığı qızla günlərlə maşında gecələdi - Həbs edilən var

Azərbaycanda bu şəxslərin də maaşı arta bilər

Azərbaycanda bu şəxslərin də maaşı arta bilər

6 basketbolçumuz karyerasını ABŞ-da davam etdirəcək - FOTO

6 basketbolçumuz karyerasını ABŞ-da davam etdirəcək - FOTO

Şuşa qayalarını "xatirə dəftəri"nə çevirən şəxslər CƏZALANDIRILDI

Şuşa qayalarını "xatirə dəftəri"nə çevirən şəxslər CƏZALANDIRILDI

Berluskoninin rekordunu yenilədi

Berluskoninin rekordunu yenilədi

Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatdı - Bəyanat qəbul edildi - FOTO

Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatdı - Bəyanat qəbul edildi - FOTO

Buraxılış imtahanını üzürlü səbəbdən qaçıran şagirdlər üçün İKİNCİ ŞANS – Tarix BƏLLİ OLDU– RƏSMİ

Buraxılış imtahanını üzürlü səbəbdən qaçıran şagirdlər üçün İKİNCİ ŞANS – Tarix BƏLLİ OLDU– RƏSMİ

İki cüdoçumuz Avropa çempionatının FİNALINDA

İki cüdoçumuz Avropa çempionatının FİNALINDA

Robert Köçəryan təkadamlıq kamerada – Oğlundan AÇIQLAMA - FOTO

Robert Köçəryan təkadamlıq kamerada – Oğlundan AÇIQLAMA - FOTO

Sumqayıt xəstəxanasında əlbəyaxa dava – Video

Sumqayıt xəstəxanasında əlbəyaxa dava – Video

Vanuatu Fransanın Metyu və Hanter adalarına iddialarına görə BƏM-ə MÜRACİƏT ETDİ

Vanuatu Fransanın Metyu və Hanter adalarına iddialarına görə BƏM-ə MÜRACİƏT ETDİ

Rusiyada alma qıtlığı YARANDI

Rusiyada alma qıtlığı YARANDI

Avstraliyadakı tələbəmizin təhsili yarımçıq qalacaq?- Rəsmi cavab

Avstraliyadakı tələbəmizin təhsili yarımçıq qalacaq?- Rəsmi cavab

Azərbaycanlı müğənni Moskvada qəzaya düşdü – VİDEO

Azərbaycanlı müğənni Moskvada qəzaya düşdü – VİDEO

Mbappeni oğurlamaq istəyən 18 yaşlı yeniyetmə saxlanıldı

Mbappeni oğurlamaq istəyən 18 yaşlı yeniyetmə saxlanıldı

Helikopter avtomobil yoluna sərt eniş etdi - Xəndəyə yuvarlandı – ANBAAN VİDEO

Helikopter avtomobil yoluna sərt eniş etdi - Xəndəyə yuvarlandı – ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO