Baydenin SAXTA GÜLÜŞÜ – ABŞ Ukraynada savaşın bitməməsi üçün hər şeyi edir…

Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra ABŞ prezidenti Co Bayden Ağ Evdə jurnalistlər qarşısına çıxarkən maraqlı anlar yaşanıb. Belə ki, yerli jurnalistlərdən biri Baydenə sual verib ki, "Ukraynanın bu müharibədə qalib gəlməsini istəyirsinizmi?". Ağ Ev rəhbəri sual qarşısında bir qədər çaşıb. Çaşqınlığını gizlətmək üçünsə gülümsəmək məcburiyyətində qalıb. Doğrudur, bir qədər sonra özünü toparlayan ABŞ prezidenti sualı cavablandırıb.

Baydenin cavabı bəlli olduğu üçün bunun üzərində dayanmayacağıq. Bizim üçün maraqlı məqam sualın qoyuluşudur. Çünki artıq bir çoxları kimi ABŞ vətəndaşları da anlayır ki, Ukrayna-Rusiya müharibəsinin sonlanmasında və bu müharibədə hansısa qalibin olmasını ABŞ istəmir. Bu fikir artıq o qədər şüurlara oturuşub ki, hətta Ağ Evin dəhlizlərində də suallar səslənir ki, “Ukraynanın bu müharibədə qalib gəlməsini ABŞ istəyirmi?!”

Ukrayna-Rusiya müharibəsinin ssenari müəllifi ABŞ-dır

Bu müharibə sayəsində Ağ Ev eyni soykökə, ortaq tarixi keçmişə və bənzər yaşam tərzinə malik iki ölkəni çökdürmək istəyir. İlk baxışdan çoxları zənn edir ki, Qərbin hədəfi Rusiyadır.

Burda müəyyən həqiqət var. Doğrudan da ABŞ bu qarşıdurma sayəsində Rusiyanı zəif salmaq istəyir. Ən azından Rusiyada siyasi rəhbərliyin dəyişməsini arzulayır. Ötən 2 ilə yaxın müddətdə Qərb bu istəyinə qismən nail olub. Artıq Rusiya supergüc olmaqdan çıxıb.

Amma bu müharibədə ikinci məqsəd Ukraynanı zəiflətmək, daha doğrusu Kiyevə Qərbdən tam asılı hala gətirməkdir. Çünki Ukrayna ərazisinə görə Avropanın üçüncü ən böyük dövlətidir. Üstəlik, Ukraynanın çox böyük iqtisadi potensialı var. Belə bir imkanlara sahib bir dövlətinsə müstəqil siyasət yürütməsini Qərb istəmir.

Ona görə də Qərb Rusiya-Ukrayna müharibəsində kiminsə qalib olmasını istəmir. ABŞ və onun müttəfiqləri birmənalı şəkildə müharibənin illərlə uzanmasını istəyir. Təsadüfi deyil ki, Qərb açıq şəkildə Ukraynanı sülh danışıqlarından çəkindirir.

Qərb sülhə niyə mane olur?

Ötən 2 il ərzində nə ABŞ, nə də ki, Avropadakı dövlətlər sülh üçün təşəbbüs göstərməyiblər. Əksinə sülh təşəbbüskarlarını hədəf halına gətiriblər. Üstəlik, Qərb bütün vasitələrlərlə Ukraynanı daha genişmiqyaslı müharibəyə sövq edir, hətta onu silahlandıracağına da söz verir. Çünki istənilən şərtlər altında bağlanılan sülh sazişi Qərbin marağına uyğun deyil.

Hətta Krımı, Donetsk və Luqanskı Ukraynaya qaytaran və Ukraynanın ərazi bütövlüyünü təmin edən sülh sazişini belə Qərb istəmir. Çünki qalib və güclü Ukrayna Qərbə başağrısı ola bilər.

Ukraynanın qalib olmasını təkcə ABŞ istəmir?

Volodimir Zelenskiyə də müharibəni udmaq üçün yox, müharibəni uzatmaq üçün Qərb yardım vədi verir. Məsələn, Almaniya prezidenti ötən gün elan etdi ki, 2024-cü ildə Ukraynaya 8 milyard avro hərbi yardım edəcəklər.

Bu da açıq şəkildə onu göstərir ki, Qərb müharibənin ən azından 2024-cü ilin sonuna qədər davam etməsini istəyir. Bunun üçün lazım olan hər şey ediləcək. Təki müharibə uzansın. Rusiya və Ukrayna daha da zəif düşsün.

Bayden niyə gülümsədi?

İndisə gələk ABŞ liderinin jurnalistin sualına təbəssümlə cavab verməsinə. Baydenin bu təbəssümünün arxasında çox böyük saxtakarlıqlar dayanır. Ağ Evin lideri dəmir məntiqli sual qarşısında ancaq bu cür poz verə bilərdi. Çünki başqa cür davranış, yəni jurnalistə sərt cavab vermək “ABŞ demokratiyası”nın üzərinə kölgə salardı.

Ona görə də Bayden bu cür saxta təbəssüm və bəlağətli cümlələrlə Ukraynanın yanında olduqlarını bildirməliydi. Və bu belə də oldu. Amma həqiqətin üzərini nə qədər örtsən də, o gec-tez üzə çıxacaq. Qərb özünün məkrli niyyətini artıq gizlədə bilmir. Bunu da uzaq-yaxın ölkələrdə deyil, Qərbin siyasi liderlərinin əyləşdiyi iqamətgahlarda danışırlar. Bu isə Qərbin maskasının artıq düşdüyünə işarədir.

Bəs, Qərb nə zaman ədalətin yanında dayanacaq?

Bu sualın cavabını isə biz zamanla biləcəyik.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cenevrədə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi müzakirə olundu

Cenevrədə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi müzakirə olundu

Şəkinin bəzi kəndlərində qaz olmayacaq

Şəkinin bəzi kəndlərində qaz olmayacaq

“Zirə” afrikalı futbolçu transfer etdi

“Zirə” afrikalı futbolçu transfer etdi

ABŞ-nin hücumları nəticəsində İranın 6 hərbçisi öldürülüb

ABŞ-nin hücumları nəticəsində İranın 6 hərbçisi öldürülüb

AQTA 79 ərzaq bazarında yoxlama keçirdi - FOTO

AQTA 79 ərzaq bazarında yoxlama keçirdi - FOTO

Birinci sinfə elektron qəbul BAŞA ÇATDI

Birinci sinfə elektron qəbul BAŞA ÇATDI

Sabunçuda neft oğurlamaq istəyərkən kəmərdə yanğın törətdilər - DİN - FOTO/VİDEO

Sabunçuda neft oğurlamaq istəyərkən kəmərdə yanğın törətdilər - DİN - FOTO/VİDEO

Birbaşa qırmızı vərəqə alan Kadi Borgesə AĞIR CƏZA

Birbaşa qırmızı vərəqə alan Kadi Borgesə AĞIR CƏZA

Qaçırdığı qızla günlərlə maşında gecələdi - Həbs edilən var

Qaçırdığı qızla günlərlə maşında gecələdi - Həbs edilən var

Azərbaycanda bu şəxslərin də maaşı arta bilər

Azərbaycanda bu şəxslərin də maaşı arta bilər

6 basketbolçumuz karyerasını ABŞ-da davam etdirəcək - FOTO

6 basketbolçumuz karyerasını ABŞ-da davam etdirəcək - FOTO

Şuşa qayalarını "xatirə dəftəri"nə çevirən şəxslər CƏZALANDIRILDI

Şuşa qayalarını "xatirə dəftəri"nə çevirən şəxslər CƏZALANDIRILDI

Berluskoninin rekordunu yenilədi

Berluskoninin rekordunu yenilədi

Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatdı - Bəyanat qəbul edildi - FOTO

Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatdı - Bəyanat qəbul edildi - FOTO

Buraxılış imtahanını üzürlü səbəbdən qaçıran şagirdlər üçün İKİNCİ ŞANS – Tarix BƏLLİ OLDU– RƏSMİ

Buraxılış imtahanını üzürlü səbəbdən qaçıran şagirdlər üçün İKİNCİ ŞANS – Tarix BƏLLİ OLDU– RƏSMİ

İki cüdoçumuz Avropa çempionatının FİNALINDA

İki cüdoçumuz Avropa çempionatının FİNALINDA

Robert Köçəryan təkadamlıq kamerada – Oğlundan AÇIQLAMA - FOTO

Robert Köçəryan təkadamlıq kamerada – Oğlundan AÇIQLAMA - FOTO

Sumqayıt xəstəxanasında əlbəyaxa dava – Video

Sumqayıt xəstəxanasında əlbəyaxa dava – Video

Vanuatu Fransanın Metyu və Hanter adalarına iddialarına görə BƏM-ə MÜRACİƏT ETDİ

Vanuatu Fransanın Metyu və Hanter adalarına iddialarına görə BƏM-ə MÜRACİƏT ETDİ

Rusiyada alma qıtlığı YARANDI

Rusiyada alma qıtlığı YARANDI

Avstraliyadakı tələbəmizin təhsili yarımçıq qalacaq?- Rəsmi cavab

Avstraliyadakı tələbəmizin təhsili yarımçıq qalacaq?- Rəsmi cavab

Azərbaycanlı müğənni Moskvada qəzaya düşdü – VİDEO

Azərbaycanlı müğənni Moskvada qəzaya düşdü – VİDEO

Mbappeni oğurlamaq istəyən 18 yaşlı yeniyetmə saxlanıldı

Mbappeni oğurlamaq istəyən 18 yaşlı yeniyetmə saxlanıldı

Helikopter avtomobil yoluna sərt eniş etdi - Xəndəyə yuvarlandı – ANBAAN VİDEO

Helikopter avtomobil yoluna sərt eniş etdi - Xəndəyə yuvarlandı – ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO