Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroru Kərim Xan İsrailə səfər edib.
Bizim.Media xəbər verir ki, bu barədə BCM-nin rəsmi “X” hesabında məlumat verilib.
Qeyd edilib ki, prokuror oktyabrın 7-də baş vermiş hücumlardan sağ qalanların və qurbanların ailələrinin xahişi ilə İsrailə gəlib.
Kərim Xanın İsraildən sonra Ramallaha səfər edib Fələstin rəsmiləri ilə görüşəcəyi də bildirilib.
Bizim.Media