Müstəqil seçicilər arasında ABŞ Prezidenti Cozef Baydenin fəaliyyətinin dəstək reytinqi 27 faizə enib.
Bizim.Media bu barədə informasiyanı “The New York Post” qəzeti yayıb.
Ekspertlərin fikrincə, Cozef Baydenin əsas seçicilər qrupu arasında dəstəyinin azalması onun ölkə iqtisadiyyatına və Fələstin-İsrail münaqişəsinə yanaşması ilə bağlıdır.
ABŞ Prezidentinin fəaliyyətinə ən zəif dəstək iqtisadiyyata yanaşmasına (24 faiz) və ABŞ-ın Qəzza sektorundakı münaqişədə iştirakına (25 faiz) verilib. Ən yüksək dəstək isə onun Ukrayna-Rusiya müharibəsi ilə bağlı siyasətinə (31 faiz) və səhiyyə sahəsinə yanaşmasına (35 faiz) göstərilib.
Bizim.Media