İsrail dövləti Türkiyədən bütün diplomatlarını geri çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Eli Kohen özünün “X” hesabında məlumat verib.
“Türkiyənin bəyanatlarının kəskinləşməsi fonunda mən İsrail-Türkiyə münasibətlərini yenidən qiymətləndirmək üçün diplomatik nümayəndələrimizi Türkiyədən geri çağırmaq tapşırığı verdim”, - deyə nazir bildirib.
Qeyd edək ki, bu gün İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə Fələstinə dəstək məqsədilə “Böyük Fələstin” nümayişi keçirilib.

Bizim.Media