Danimarkanın Qahirədəki səfiri Kopenhagendə Qurani-Kərimin yandırılması hadisəsinə görə Misir Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Misir XİN məlumat yayıb.
“Misirin Kopenhagendəki səfirliyi daxil olmaqla, diplomatik missiyaların binalarının yaxınlığında müsəlmanların müqəddəs kitabı olan Quranın yandırılması aktlarını qəbul etmirik. Danimarka hakimiyyətini onların qarşısını almaq üçün konkret tədbirlər görməyə çağırırıq”, - deyə XİN-in bəyanatında qeyd edilib.
Bizim.Media