Fələstin Prezidenti Mahmud Abbas Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya səfər edib.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, Prezident Mahmud Abbası Esenboğa hava limanında bir çox rəsmi şəxslər qarşılayıb.
Məlumata görə, ölkə başçısı Ərdoğan və Abbasın bu gün keçiriləcək rəsmi görüşlərdə Türkiyə-Fələstin münasibətləri, İsrail-Fələstin münaqişəsindəki son proseslər və digər aktual, regional və beynəlxalq məsələləri müzakirə edəcəyi gözlənilir.
Bizim.Media