“Cənubi Koreya bu il Ukraynaya göndərdiyi hərbi və humanitar yardımın həcmini artıracaq”.
Bizim.Media “RBK Ukraina”ya istinadla xəbər verir ki, bunu Koreya prezidenti Yun Seok Yol Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlardan sonra keçirilən brifinqə deyib.
“Keçən il gülləkeçirməz jiletlər, dəbilqələr və digər zəruri sursatlar verdik. Ümid edirik ki, bu il yardımlarımızın səviyyəsi daha yüksək olacaq”, - deyə Cənubi Koreya Prezidenti qeyd edib.
O, həmçinin bildirib ki, bu ilin mayında o, Ukrayna prezidenti ilə humanitar minatəmizləmə üçün lazımi avadanlıqların tədarükü barədə razılığa gəlib.
“Və biz bunu davam etdiririk. Koreya Respublikası hökuməti ötən il Ukraynaya dəstək üçün 100 milyon dollar ayırıb. Bu il bu dəstək 150 milyon dollar təşkil edəcək”, - deyə prezident vurğulayıb.
Bizim.Media