Ümumdünya Səhiyyə Təşkilatı "Aspartam" dadlandırıcısını xərçəng xəstəliyinə səbəb olan kanserogen maddələrin siyahısına daxil edib.
Bizim.Media xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.
Belə ki, “aspartam” dadlandırıcısından qazlı içkilərin, o cümlədən “Coca-Cola”nın istehsalında geniş istifadə olunur.
Bildirilib ki, rəsmi orqanlar Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirməsi ilə razılaşarsa, qazlı içki istehsal edən şirkətlər reseptlərini dəyişmək məcburiyyətində qalacaqlar.
Bizim.Media