Türkiyədə 4,2 maqnitudalı zəlzələ olub.
Bizim.Media Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyinə (AFAD) istinadən xəbər verir ki, yerli vaxtla saat 07.42 radələrində qeyd alınan zəlzələnin ocağı Egey dənizində Kuşadası körfəzində, sahildən 10 km uzaqlıqda, 52 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
Bizim.Media