Avropa İttifaqı Azərbaycanla yeni saziş İMZALAYACAQ 

Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır. Biz xüsusilə enerji, islahatlar, ticarət və investisiyalar sahəsində uğurlu əməkdaşlığımızı davam etdirmək və gücləndirməkdə maraqlıyıq. 

Bizim.Media xəbər verir ki, bu barədə Aİ-nin ATƏT-dəki Nümayəndəliyinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ötən gün ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışına dair bəyanatında bildirilib. 

“Avropa İttifaqı xarici işlər naziri Bayramovu Daimi Şurada səmimiyyətlə salamlayır və ona çıxışına və bu forumda iştirakına görə təşəkkür edir”, - qeyd olunub. 

Diqqətə çatdırılıb ki, Aİ-nin İqtisadi və İnvestisiya Planında əlaqələnmə və enerji əsas elementlərdir. Bu plan Azərbaycana 2 milyard avroyadək dövlət və özəl sərmayələrin cəlb olunmasını hədəfləyir. 

“Azərbaycan Avropanı Mərkəzi Asiya və onun hüdudlarından kənarda yerləşən ölkələrlə birləşdirən Orta Dəhlizin inkişaf etdirilməsində və xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə enerji mənbələrinin və nəqliyyat marşrutlarının şaxələndirilməsində əsas rol oynayır. 

2022-ci ilin iyulunda Bakıda energetika sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bundan əlavə, Aİ-Azərbaycan arasında yeni hərtərəfli saziş üzrə danışıqlar davam edir və Aİ danışıqları tezliklə yekunlaşdırmaq məqsədinə sadiq qalır”. 
Bəyanatda o da deyilir ki, qanunun aliliyinin, insan haqlarının və demokratik təsisatların möhkəmləndirilməsi Azərbaycanın uzunmüddətli maraqlarına xidmət edir:

“Mayın 22-23-də Brüsseldə keçirilən Ədliyyə, Azadlıq, Təhlükəsizlik və İnsan Haqları və Demokratiya üzrə Alt Komitənin iclasında Aİ Azərbaycanın məhkəmə sisteminin gücləndirilməsi, korrupsiyaya qarşı mübarizənin effektiv mexanizmlərinin yaradılması və Aİ standartlarına uyğun olaraq şəffaflığı təmin etmək üçün dövlət idarəçiliyinin modernləşdirilməsi istiqamətində addımlar atmaq öhdəliyini təqdir edib”. 

Diqqətə çatdırılıb ki, Aİ Azərbaycanın islahatlarda əsas tərəfdaşıdır və mənalı islahatların aparılmasında Azərbaycana dəstək verməyə hazırdır. 

“Aİ-nin hər zaman və istənilən şəraitdə ölüm hökmünə qarşı prinsipial mövqeyinə uyğun olaraq, biz Azərbaycanın ötən ilin mart ayında Avropa İnsan Hüquqları Konvensiyasına bütün hallarda ölüm hökmünü qadağan edən 13 saylı Protokolun imzalamasını alqışlayır və onun ratifikasiyasını səbirsizliklə gözləyirik”, - qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda Kolumbiyanın Milli Günü qeyd olundu – Rəsmi qəbuldan təfərrüatlar - FOTO

Bakıda Kolumbiyanın Milli Günü qeyd olundu – Rəsmi qəbuldan təfərrüatlar - FOTO

4 gündür dənizdə batan Zeynəbin axtarışına helikopter cəlb olundu - VİDEO

4 gündür dənizdə batan Zeynəbin axtarışına helikopter cəlb olundu - VİDEO

Qorxmaz Əlilicanzadə üz iflici keçirib

Qorxmaz Əlilicanzadə üz iflici keçirib

“Karvan-Yevlax”da yeni baş məşqçi

“Karvan-Yevlax”da yeni baş məşqçi

Balakəndə yaşayış evi uçdu – Köməksiz qalan ailə xilas edildi - VİDEO

Balakəndə yaşayış evi uçdu – Köməksiz qalan ailə xilas edildi - VİDEO

Qadın sürücülərə qarşı AQRESSİYA - Qəza statistikasının nəticəsidir, yoxsa mentalitetin?

Qadın sürücülərə qarşı AQRESSİYA - Qəza statistikasının nəticəsidir, yoxsa mentalitetin?

Bakıda qadın qənd qabı ilə DÖYÜLDÜ

Bakıda qadın qənd qabı ilə DÖYÜLDÜ

Biləsuvarda faciəli hadisə: 44 yaşlı kişi həyatını itirdi

Biləsuvarda faciəli hadisə: 44 yaşlı kişi həyatını itirdi

Prezident bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTO

Prezident bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTO

“Şəfa” fransalı yarımmüdafiəçi ilə müqavilə bağladı

“Şəfa” fransalı yarımmüdafiəçi ilə müqavilə bağladı

Naxçıvanda iki avtobus yanıb kül oldu – FOTO

Naxçıvanda iki avtobus yanıb kül oldu – FOTO

Almaniyaya uçan təyyarənin pəncərəsi sındı, sərnişin havaya sovruldu

Almaniyaya uçan təyyarənin pəncərəsi sındı, sərnişin havaya sovruldu

Bayram Səfərovun bacısına vəzifə verildi

Bayram Səfərovun bacısına vəzifə verildi

Portuqaliya millisinin yeni baş məşqçisi məlum oldu

Portuqaliya millisinin yeni baş məşqçisi məlum oldu

"Oğlum evlənmir, pişiyi gətirib ki, bu da sənə nəvə"

"Oğlum evlənmir, pişiyi gətirib ki, bu da sənə nəvə"

Liberiya Prezidenti Türkiyədə səfərdədir – FOTO

Liberiya Prezidenti Türkiyədə səfərdədir – FOTO

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə danışıq aparır

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə danışıq aparır

İranda partlayış: SEPAH-ın hərbi dəniz bazasının vurulduğu iddia olunur

İranda partlayış: SEPAH-ın hərbi dəniz bazasının vurulduğu iddia olunur

Separatçıların vəkilləri hökmün ləğvini TƏLƏB ETDİ - FOTO

Separatçıların vəkilləri hökmün ləğvini TƏLƏB ETDİ - FOTO

“Araz-Naxçıvan” braziliyalı qapıçı transfer etdi

“Araz-Naxçıvan” braziliyalı qapıçı transfer etdi

Tramp: “İran ABŞ-dən danışıqları davam etdirməyi istəyib”

Tramp: “İran ABŞ-dən danışıqları davam etdirməyi istəyib”

Bakıda motosiklet aşdı - Ölən və yaralanan var

Bakıda motosiklet aşdı - Ölən və yaralanan var

Azərbaycanda fəxri adlara görə təqaüd alanların SAYI AÇIQLANDI

Azərbaycanda fəxri adlara görə təqaüd alanların SAYI AÇIQLANDI

Ajda Pekkan NATO liderlərinin həyat yoldaşları üçün oxudu – VİDEO

Ajda Pekkan NATO liderlərinin həyat yoldaşları üçün oxudu – VİDEO

End of content

No more pages to load

RADİO